Vilyam Y. Slaks | |
---|---|
ing. William Y. Slack | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 avqust 1816[1] |
Doğum yeri | |
Vəfat tarixi | 21 mart 1862 (45 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Amerika Birləşmiş Ştatları |
Döyüşlər | |
![]() |
Vilyam Yarnel Slaks (1 avqust 1816[1], Meyson qraflığı[d], Kentukki – 21 mart 1862, Benton qraflığı[d], Arkanzas) —Amerikalı hüquqşünas, siyasətçi və hərbi zabit.[2]
Amerika Vətəndaş Müharibəsi zamanı Amerika Konfederativ Dövlətləri üçün döyüşmüşdür.[3] Kentukki ştatında anadan olan Slaks uşaq ikən Missuriyə köçdü [4] və daha sonra hüquq peşəsini seçdi.[2] 1842–1843-cü illərdə Missuri Baş Assambleyasında xidmət etdikdən [2] sonra o, 1846-cı ildən başlayaraq Amerika–Meksika müharibəsi zamanı on dörd ay ərzində Birləşmiş Ştatlar Ordusunda kapitan kimi vuruşdu. O, həmçinin Embudo keçidi döyüşündə və Pueblo de Taosun mühasirəsində də iştirak etmişdi. Hüquq karyerasına qayıdan Slaks öz bölgəsində nüfuz qazandı.